Monday, July 29, 2019
Dividend siyasəti
Şirkətin Dividend siyasəti Nizamnamə kapitalı əsasında müəyyən edilir. Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İnvestisiya Şirkəti Səhmdarlara maliyyə ilinin nəticələri üzrə illik dividend ödəyir. Dividendlərin ödənilməsi haqqında Səhmdarların Ümumi Yığıncağının qərarı İnvestisiya Şirkətinin Müşahidə Şurasının təklifi ilə qəbul edilir. Səhmdarların Ümumi Yığıncağı Müşahidə Şurasının təklifində göstərilən dividendlərdən artıq dividendlərin ödənilməsi barədə qərar qəbul etməməlidir. İnvestisiya Şirkətinin dividendlərin ödənilməsi öhdəliyi, dividendlərin ödənilməsi barədə qərarın qəbul edildiyi gündən yaranır və 30 (otuz) gün ərzində icra edilir.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment