Plato Capital and Co. İnvestisiya Şirkəti ASC
Monday, July 29, 2019
İdarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər
Şirkətimizin Direktoru Mansur Məmmədovun aylıq maaşı 577 manatdır. Müşahidə Şurasının üzvləri şirkətdən heç bir ödəniş almırlar.
Şirkətimizin inkişaf siyasəti
Plato Capital and Co. İnvestisiya Şirkəti ASC-nin əsas məqsədi qiymətli kağızlar bazarında vasitəçilik və müştəri portfellərinin idarə edilməsi, bağlanmış əqdlərin icrasının təmin edilməsi və İnvestisiya Şirkətinin fəaliyyətindən əldə edilən mənfəətin Səhmdarlar arasında bölüşdürülməsidir.
Səhmdar kapitalının gəlirliliyi
Dövr ərzində şirkətimiz əməliyyat aparmadığı üçün xalis mənfəəti olmamış və açıqlanmış audit hesabatından göründüyü kimi səhmdar kapitalının gəlirliliyi olmamışdır.
Dividend siyasəti
Şirkətin Dividend siyasəti Nizamnamə kapitalı əsasında müəyyən edilir. Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İnvestisiya Şirkəti Səhmdarlara maliyyə ilinin nəticələri üzrə illik dividend ödəyir. Dividendlərin ödənilməsi haqqında Səhmdarların Ümumi Yığıncağının qərarı İnvestisiya Şirkətinin Müşahidə Şurasının təklifi ilə qəbul edilir. Səhmdarların Ümumi Yığıncağı Müşahidə Şurasının təklifində göstərilən dividendlərdən artıq dividendlərin ödənilməsi barədə qərar qəbul etməməlidir. İnvestisiya Şirkətinin dividendlərin ödənilməsi öhdəliyi, dividendlərin ödənilməsi barədə qərarın qəbul edildiyi gündən yaranır və 30 (otuz) gün ərzində icra edilir.
Şirkətin investisiyaları və qiymətli kağızları haqqında məlumat
Plato Capital and Co. İnvestisiya Şirkəti ASC qiymətli kağızlarla heç bir əməliyyat aparmadığı üçün şirkətimizin qiymətli kağızlarının dövriyyəsi və gəlirliliyi olmamışdır. Həmçinin, şirkətimiz əməliyyat aparmadığı üçün heç bir investisiyalar etməmişdir və ya investisiyaları heç bir mənbədən formalaşdırmamışdır.
Wednesday, July 17, 2019
Subscribe to:
Posts (Atom)